Bundesliqada qonaqların günü

Almaniya Bundesliqasında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Herta” “Yunion”u qəbul edib. Meydan sahibləri bu görüşdə 4 cavabsız qola seviniblər.

Turnir cədvəlinin lideri “Bavariya” bu tur “Ayntraxt”la qarşılaşıb. Münhen təmsilçisi 7 qolun qeydə alındığı matçda darmadağına sevinib. Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı “Volfsburq”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə qonaqlar inamlı qələbə qazanıblar.

Sonuncu oyun günündə üç qarşılaşma baş tutub. “Şalke” evdə “Auqsburq”a böyük hesabla uduzub. “Leyptsiq” səfərdə “Maynts”ı 5 cavabsız qolla üstələyib. “Köln” isə “Fortuna” ilə ev oyununda məğlubiyyətdən son anda qurtulub.

Almaniya Bundesliqası, 27-ci tur

22 may

Herta – Yunion 4:0
Qol
: İbişeviç, 51; Lukebakio, 52. Kunya 61. Boyata, 77.

23 may

Frayburq – Verder 0:1
Qol
: Bittenkur, 19.

Borussiya M – Bayer 1:3
Qol
: Turam, 52 – Haverts, 7; 58. Bender, 81.

Paderborn – Hoffenhaym 1:1
Qol
: Srbeni, 9 – Skov, 4.Srbeni, 9 – Skov, 4.

Volfsburq – Borussiya D 0:2
Qol
: Gerrero, 32. Hakimi, 78.

Bavariya – Ayntraxt 5:2
Qol
: Qoretska, 17. Müller, 41. Levandovski, 46. Deybis, 61. Hinteregger, 74-öz qapısına – Hinteregger, 52; 55.

24 may

Şalke – Auqsburq 0:3
Qol
: Louen, 6. Baze, 76. Kordova, 90+1.

Maynts – Leyptsiq 0:5
Qol
: Verner, 11; 48; 75. Poulsen, 23. Sabitser, 36.

Köln – Fortuna 2:2
Qol
: Modeste, 88. Kordoba, 90+1 – Karaman, 41. Tommi, 61.

Bombardir: Robert Levandovski (Bavariya) – 27 qol.