“Batan gəmi”ni tərk etməyəcək

“Yuventus”un yarımmüdafiəçisi Anxel Di Maria klubdan ayrılmaq fikrində olmadığını bildirib.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu Turini tərk etmək fikrində olmadığını deyib:

“Əlbəttə, indi nəsə danışmaq üçün münasib vaxt deyil, çünki klub problem içindədir. Buna baxmayaraq, “Yuventus” güclü olaraq qalır. Əsas odur ki, güclü qalmalıyıq və ən yaxşı oyunumuzu nümayiş etdirməyə davam etməliyik. Mən həmişə ailəmi nəzərə alaraq qərarlar verirəm və ailəm Turində xoşbəxtdir. “Juventus” İtaliyanın ən böyük klubudur, Avropanın əsas komandalarından biridir, biz hər şeydən razıyıq”.

Di Maria 2022-ci ilin iyulunda azad agent kimi “Yuventus”a keçib. 34 yaşlı argentinalı ilə müqavilə 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. O, 2022/23 mövsümündə 14 matçda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə “Yuventus”un A Seriyasında topladığı xalların 15-i silinib. Nəticədə, klub turnir cədvəlində 3-cü pillədən 10-cu sıraya enib. Eyni zamanda, klub rəhbərliyində yer almış Paratiçi 2.5, Andrea Anyelli və Arrivabene 2 il, Çerubini 1 il 4 ay, Pavel Nedved isə 8 aylıq diskvalifikasiyaya məruz qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button