Basketbol: “Cəlilabad” qələbə qazandı

Azərbaycan Basketbol Liqasında 9-cu turun daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, Cəlilabad Olimpiya İdman Kompleksində “Cəlilabad” komandası meydana çıxıb.

Adıçəkilən klub doğma azarkeşləri önündə “Xırdalan”ı qəbul edib. Görüş ev sahiblərinin 98:90 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “Cəlilabad”dan Tomas Kobi (32 xal, 11 ribaund), “Xırdalan”dan isə Teyvion Kirk (26 xal, 7 ribaund) olub. Hazırda hər iki komandanın hesabında 13 xal var.

9-cu tura dekabrın 24-də keçiriləcək “Şəki” – “NTD-İndiqo” oyunu ilə yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button