“Başa düşmürəm ki, “Neftçi”ni niyə favorit sayırlar” – “Speranta”nın prezidenti

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan “Speranta”nın prezidenti Petru Efros və komandanın baş məşqçisi Kristian Efros açıqlama verib.

Komanda.az Moldova mətbuatına istinadən xəbər verir ki, klub prezidenti cütün taleyini baş məşqçilərin həll edəcəyini deyib:

“Başa düşmürəm ki, “Neftçi”ni niyə favorit sayırlar. Onlar neft satırlar, biz isə pomidor. Burda heç bir problem görmürəm. Komandaların şansları bərabərdir. Hər şey baş məşqçilərdən – Kristian və Roberto Bordindən asılıdır”

“Speranta”nın baş məşqçisi isə bunları deyib:

“Hazırda “Neftçi”nin olduğu çempionatda fasilədir. Ona görə də, rəqibi təhlil etmək mənim üçün çətindir. Yoxlama oyunlarında gördüklərimə əsasən deyə bilərəm ki, cinah oyunçularının hesabına hücum futbolu oynamağa çalışacaqlar. Bizim əsas üstünlüyümüz ondadır ki, Moldova çempionatında hər həftə oyun keçiririk”.

“Neftçi” ilə “Speranta” arasında ilk oyun iyulun 11-də Moldovada, cavab matçı isə bir həftə sonra Bakıda olacaq. Hər iki oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button