“Barselona”ya yeni müdafiəçi təklif olunub

“Betis”in müdafiəçisi Natan karyerasını “Barselona”da davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun xidməti Kataloniya klubuna təklif olunub.

Braziliyalı müdafiəçinin transferi təxminən 30 milyon avroya başa gələ bilər. Bununla yanaşı, “Barselona”nın əsas hədəfi hələ də “İnter”in müdafiəçisi Alessandro Bastoni olaraq qalır. Ancaq onunla müqayisədə daha sərfəli variant kimi Natanın namizədliyi də nəzərdən keçirilir.

Natan cari mövsümdə bütün turnirlərdə 41 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button