
“Barselona” italiyalı müdafiəçinin transferini gözdən keçirir
“Barselona” yay transfer pəncərəsi üçün əsas hədəflərindən birini müəyyənləşdirib.
Kataloniya təmsilçisi “Yuventus”un müdafiəçisi Andrea Kambiasso ilə ciddi şəkildə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Barsa”nın qısa siyahısında ilk sıralardadır. Bildirilir ki, rəhbərlik son dövrlərdə adı hallanan bir çox alternativlərə baxmayaraq, məhz Kambiassonun transferini daha üstün variant hesab edir.
“Transfermarkt” portalına görə, italiyalı futbolçunun bazar dəyəri təxminən 30 milyon avrodur.
O, cari mövsümdə “Yuventus” forması ilə bütün turnirlərdə 39 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



