“Barselona” evdə bu forma ilə oynayacaq – FOTO

“Barselona” klubu 2022/23 mövsümü üçün ev formasını təqdim edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, forma üç rənglə hazırlanıb – tünd mavi rəng üstünlük təşkil edir. Həmçinin, formada Kataloniya klubunun yeni titul sponsoru “Spotify”-in loqosu əks olunub.

Forma 1992-ci ildə Barselonada keçirilən olimpiadanın ildönümünə həsr olunub.

“Barselona” ötən mövsüm İspaniya La Liqasını ikinci yerdə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button