Xavi baş məşqçi kimi ilk kubokunu qazandı

“Barselona”nın sabiq futbolçusu Xavi baş məşqçi karyerasında ilk titulunu qazanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Xavinin çalışdırdığı “Əl Sədd” klubu Şeyx Yassim kubokunu qazanıb. Final matçında “Əl Duhail”i minimal hesabla məğlub edən “Əl Sədd”, 15-ci dəfə bu titulu qazanıb.

Xavi 2019-cu ilin mayından “Əl Sədd”i çalışdırır.