Rəsmi: “Barselona”nın sabiq üzvü Braziliya klubunda

“Barselona”nın sabiq üzvü Adriano Korreyanın yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu Braziliyanın “Atletiko Paranaense” klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sol cinah müdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.

2010-2016-cı illərdə “Barselona” forması geyinən Adrianonun son klubu “Beşiktaş” olub.