“Qalib gəlsək, möcüzə olacaq” – Laporta

“Barselona”nın prezidenti Xuan Laporta Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə “Bayern”ə (Almaniya) qalib gələcəklərinə inanır.

Komanda.az xəbər verir ki, klub rəsmisi, bununla bağlı AS nəşrinə açıqlamasında deyib:

“Bayern” üzərində qələbə real görünür. Qalib gəlsək, möcüzə olacaq və inanıram ki, “Bayern”ə Münhendə qalib gələcəyik”.

“Bayern” – “Barselona” matçı dekabrın 12-də keçiriləcək.