“Pikeni əvəz edə biləcəm?”

“Barselona”nın müdafiəçisi Kleman Lanqle Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Kiyev “Dinamo”suna (Ukrayna) qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız futbolçu, matçla bağlı bunları deyib:

“Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəni təmin etmək üçün vacib oyunumuz var. Son oyunumuzda məğlub olmuşuq, indi ən yaxşı nəticəni əldə etmək lazımdır. Qarşıda çətin təqvimimiz var. Pley-offa vəsiqəni təmin edə bilsək, baş məşqçimiz də rotasiya etməkdə çətinlik çəkməyəcək. Daha aqressiv və diqqətli olmalıyıq”.

Lanqle, La Liqanın son turunun “Altetiko” ilə matçında (0:1) zədələnən komanda yoldaşı Jerar Pike haqda da danışıb:

“Pike komanda üçün vacib futbolçudur. Onun yoxluğu bizim üçün ciddi itkidir. Pikeni əvəz edə biləcəm? “Dinamo” ilə matçda kimin meydanda olacağına baş məşqçi qərar verəcək. Artıq iki ildir burdayam və özümü çox yaxşı hiss edirəm”.

Bu gün keçiriləcək “Dinamo” – “Barselona” matçı saat  00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button