Xavi Messi haqda: “Son sözü o deyəcək”

“Barselona”nın keçmiş futbolçusu Xavi açıqlama verib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, hazırda Qətərin “Əl Sədd” komandasını çalışdıran Xavi, Lionel Messinin “Barselona”da qalacağını deyib:

“Düşünürəm ki, Messi “Barselona”da qalacaq. Yenə də, son sözü o deyəcək. İstədiyi qərarı vermək onun haqqıdır. O, “Barselona” tarixinin ən yaxşı futbolçusudur. İnanıram ki, qərarını dəyişməyəcək və “Barselona”da qalacaq”.

Messinin “Barselona” ilə müqaviləsi iyunun sonuna qədərdir.

Xavi futbolçu karyerası ərzində 1995-2015-ci illər aralığında “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button