Messidən komanda yoldaşlarına qonaqlıq

“Barselona”nın kapitanı Lionel Messi komanda yoldaşlarını nahara dəvət edib.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Argentinalı futbolçu komanda yoldaşlarını evində nahara dəvət edib. Messi, həm La Liqanın 34-cü turunun “Valensiya” ilə matçında (3:2) qazanılan qələbəni qeyd etmək, həm də “Atletiko” ilə oyundan əvvəl komanda yoldaşlarını ruhlandırmaq üçün belə bir addım atıb.

“Barselona” La Liqada 74 xalla 3-cü sıradadır. Kataloniya təmsilçisi 35-ci tur çərçivəsində doğma meydanda lider “Atletiko”nu qəbul edəcək. Oyun mayın 8-də keçiriləcək.