Messi gələcək planlarından danışdı – baş məşqçi olmaq istəmir

“Barselona”nın futbolçusu Lionel Messi mövsümün sonuna qədər heç bir klubla danışıq aparmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə argentinalı hücumçu “El Mundo Deportivo” nəşrinə açıqlamasında deyib. Messi, gələcək planlarından da danışıb:

“Tam dəqiqlik olmadığı üçün mövsümün sonuna qədər gözləmək istəyirəm. Mövsümü yaxşı bitirmək, titullar qazanmaq və narahatedici şeylər düşünməmək istəyirəm.

Burda qalmaq, karyeramı bitirdikdən sonra klubda başqa bir işdə çalışmaq istəyirəm. Baş məşqçi olmaq istədiyimi düşünmürəm, bəlkə də, idman direktoru ola bilərəm”.

“Barselona” ilə mövsümün sonuna qədər müqaviləsi olan Messinin PSJ və “Mançester Siti” ilə danışıqlar apardığı iddia olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button