Messi: “Niyə eyni şeyləri çəkirsiz?”

“Barselona”nın futbolçusu Lionel Messi məşqdən çıxarkən onu videoya çəkən azarkeşlərə qəzəblənib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu, avtomobili ilə gedərkən onu çəkən fanatlara bunları deyib:

“Bunu hər dəfə edirsiz. Niyə eyni şeyləri çəkirsiz? Sizcə, hər dəfə bunu etmək normaldır? Bəsdirin”.

Azarkeşlər Messinin bu sözlərindən sonra ona haqq qazandırıb və “bağışla, Leo” deyə, səsləniblər.

Messi bu mövsüm “Barselona” ilə 35 oyunda 25 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button