“Barselona”nın futbolçusu: “Lion”a geri qayıtmaq? Ola bilər”

“Barselona”nın adını satış siyahısına saldığı iddia olunan futbolçusu Samuel Umtiti keçmiş klubu “Lion”a geri dönə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı müdafiəçi açıqlama verərək, “Lion”a qayıda biləcəyinə işarə vurub:

“Lion”a geri qayıtmaq? Dəqiq deyil, amma ola bilər. Nələr olacağını görəcəyik”.

26 yaşlı futbolçu, gələcəkdə baş məşqçi kimi çalışmaq arzusunda olduğunu deyib:

“Məşqlərdə məşqçilərimizin tapşırıqlarını, qeydlərini izləyirəm. Gələcəkdə yaxşı bir baş məşqçi olmağı arzulayıram”.

“Barselona”ya 2016-cı ildə, 25 milyon avroya “Lion”dan transfer olunan Umtiti, Kataloniya təmçilçisi ilə 101 matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button