“Barselona”nın futbolçusu ilkə imza atıb

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan karyerasında ilkə imza atıb.

Komanda.az xəbər verir ki, almaniyalı futbolçu karyerası ərzində ilk dəfə bir mövsümdə 10-dan çox məhsuldar ötürmə edib.

33 yaşlı futbolçu İspaniya çempionatının 24-cü turunun “Barselona” – “Qranada” matçında Robert Levandovskiyə məhsuldar ötürmə edib.

Görüş 3:3 hesabı ilə heç-heçə başa çatıb. İlkay ötən yaydan Kataloniya klubunda çıxış edir.

O, 2016-2023-cü illərdə çıxış etdiyi “Mançester Siti”dən İspaniya klubuna keçib. Gündoğanın “Barselona” ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub və tərəflər müqaviləni daha bir illik artıra bilər. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button