“Neymar əzəli rəqibimiz olan “Real”a keçsə…” – “Barselona”nın futbolçusu

“Barselona”nın futbolçusu Karles Alena PSJ-nin hücumçusu Neymarın “Real”a mümkün transferi haqda danışıb.

Komanda.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi, sabiq komanda yoldaşının Madrid təmsilçisinə keçməsinin onlar üçün ağır olacağını deyib:

“Neymar əzəli rəqibimiz olan “Real”a keçsə, bu, bizi incidər. Xüsusilə, “Barselona”da oynadıqdan sonra. Ümid edirəm ki, bizim kluba qayıdar. O, dünyanın ən yaxşı oyunçularından biridir. “Barselona”ya geri qayıtsa, möhtəşəm olacaq”.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib. Braziliyalı hücumçu 2017-ci ilin yayında 222 milyon avro qarşılığında PSJ-yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button