“Nəticənin ədalətli olduğunu düşünürəm” – Rakitiç

“Barselona”nın futbolçusu İvan Rakitiç İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış “Real”la matçdan (0:0) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan xorvatiyalı yarımmüdafiəçi, nəticənin ədalətli olduğunu deyib:

“Belə oyunlarda çox çalışmalı, mübarizə aparmalısız. İlk hissədə rəqib bəzi imkanlar yaratdı, bizim üçün çətin idi. Fasilədən sonra bir qol vurmağa layiq idik. Ortaya qoyduğumuz oyundan məmnunuq. Nəticənin ədalətli olduğunu düşünürəm. Bəlkə də, son ötürmələrdə daha yaxşı olsaydıq, qol vura bilərdik. Onların oyun taktikasına qarşı sakit reaksiya verməliydik. İkinci hissədə bu baxımdan daha yaxşı olduq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button