“Barselona”nın futbolçusu əməliyyat olunacaq – DÇ-ni buraxa bilər

Futbol üzrə Uruqvay millisinin və İspaniyanın “Barselona” komandasının müdafiəçisi Ronald Arauxo zədələnib.

Komanda.az xəbər verir ki, o, milli komandanın heyətində İrana 0:1 hesabı ilə uduzduqları yoxlama matçının 5-ci dəqiqəsində sağ budundan xəsarət alıb.

Kataloniya klubunun rəsmi saytının yaydığı məlumata görə, gənc oyunçu yaxın günlərdə Finlandiyada əməliyyat olunacaq. Arauxonun bərpa dövrünün müddəti açıqlanmayıb. Amma onun bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxması ehtimalı var.

Arauxo 2019-cu ildən “Barselona”nın əsas komandasında çıxış edir. 23 yaşlı müdafiəçi bu mövsüm Kataloniya təmsilçisinin heyətində 7 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button