“Koronavirus sağalmağımda vaxt qazanmağa kömək etdi” – Luis Suares

“Barselona”nın futbolçusu Luis Suares açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan uruqvaylı hücumçu, zədəsini tam sağaltdığını deyib:

“Məqsədimiz hər oyunda qalib gəlməkdir. Bunu bacaracağımıza inanıram. Komandamız yaxşı vəziyyətdədir. Bir neçə gündür komandayla birgə məşq edirəm. Qismən də olsa, koronavirus sağalmağımda vaxt qazanmağa kömək etdi”.