Xavi: “İlk 4-lükdə olmaq istəyirik, amma…”

“Barselona”nın baş məşqçisi Xavi La Liqada “Osasuna”ya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan ispan mütəxəssis, 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Bir qol qələbə üçün kifayət etmir. Yaxşı oynasaq da, nəticə xoşagəlməz oldu. 2:1 öndə olanda topu özümüzdə saxlamalı idik. Futbolçular bunu bacarmadı. Təcili dinamikanı dəyişməli idik.

Rəqibin təzyiqinin öhdəsindən gələ bilmədik. Rəqibin cərimə meydançasına tərəf gedə bilmirdik.

Vacib üç xal itirdik. Mübarizəmizi davam etdirməliyik. İlk 4-lükdə olmaq istəyirik, amma çətin görünür”.

“Barselona” La Liqada 8-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button