Kuman Qrizmannı oynatmamasının səbəbini açıqladı

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 25-ci turunun “Sevilya” ilə matçında Antuan Qrizmannı oynatmamasının səbəbini açıqlayıb.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Kuman, Qrizmannın taktiki seçimlə bağlı olaraq oynamadğını deyib:

“Heyət seçimim taktiki planla bağlı idi. Cinahlardan daha çox hücum etmək istədik və buna görə Osman Dembele oynadı. Qrizmanna mesajım yoxdur. Sadəcə, bu matçda Dembelenin sürətindən istifadə etməli idik”.

“Sevilya” – “Barselona” matçı qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb. Kataloniya təmsilçisinin ilk qolunu Dembele, digərini isə Lionel Messi vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button