Kumanın arzusu

“Barselona”nın baş məşqçisi Ronald Kuman klubdakı işinə davam etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə niderlandlı mütəxəssis İspaniya mətbuatına açıqlamasında deyib. O, yeni müqavilə imzalamağa hazır olduğunu bildirib:

“Klubla yeni müqavilə danışıqlarına hazıram. Əlbəttə, işimə davam etmək istəyirəm. Çətinliklərə baxmayaraq, burda qalmaq istəyirəm. Komandada istedadlı gənc oyunçular var. Ümid edirəm ki, onlarla daha dörd, beş, altı il çalışa biləcəm”.

Kumanın “Barselona” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button