Valverde istefa verəcək? – Açıqladı

“Barselona”nın baş məşqçisi Ernesto Valverde İspaniya La Liqasının 12-ci turunda “Levante”yə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Valverde, 1:3 hesabıyla uduzduqları matçı belə şərh edib:

“İstefa verməyi düşünmürəm. Oyunçularımın da bunu istədiyini zənn etmirəm. Bu, sadəcə bir məğlubiyyətdir. Çalışmağa davam etməliyik. 1:3-dən sonra lazımi reaksiyanı verə bilmədik, yüz faizlik qol imkanlarımız da az oldu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button