“Onların bizə qarşı necə oynayacağını bilmirik” – Valverde

“Barselona”nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının qrup mərhələsində “Borussiya” (Dortmund) ilə qarşılaşacaqları oyundan əvvəl açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Valverde, Dortmund təmsilçisinin əks-hücumlarda güclü olduğunu deyib:

“Borussiya”da xoşuma gələn şey onların azarkeşləri ilə xüsusi münasibətlərinin olmasıdır. “Borussiya”nın çox yaxşı oyunçuları var. Buna Marko Roys, Ceydon Sanço, Pako Alkaseri misal göstərə bilərəm. Alkaser əla futbolçu olduğunu “Borussiya”da sübut edir.

Dortmund təmsilçisinin oyunçuları topa nəzarət etsələr də, əsas silahları əks-hücumlardır. Onların bizə qarşı necə oynayacağını bilmirik.

Lionel Messinin meydanda olub-olmamasına oyun vaxtı qərar verəcəyik. Oyuna hazırlığı yaxşı səviyyədə keçirib.

Ansu Fatini bu oyunda ehtiyacım olsa, oynadacam, rekord qırsın deyə yox. O, çox istedadlı futbolçudur və ondan razıyıq”.

Bu gün keçiriləcək “Borussiya” – “Barselona” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button