Xavi: “Azı bir oyunu qazanmalıyıq”

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlmək şanslarını dəyərləndirib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan ispan mütəxəssis, şansları haqda bunları deyib:

“Qrup mərhələsində 6 xalla ikinci sırada yer alırıq. “Bayern” və “Benfika”ya uduzmuşuq. Qarşıda iki oyunumuz var. Bunlardan birini udsaq, pley-offa vəsiqə qazanacağıq. Buna görə də, azı bir oyunu qazanmalıyıq”.

“Barselona” bu gün “Kamp Nou”da Portuqaliyanın “Benfika” komandasını qəbul edəcək. Matç saat 00:00-da start götürəcək.