“Barselona”dan Dembeleye yeni müqavilə təklifi – detallar

İspaniyanın “Barselona” klubu futbolçusu Osman Dembele ilə müqaviləni uzatmaq istəyir.

Komanda.az “El Chiringuito” TV-yə istinadən xəbər verir ki, Kataloniya klubu fransalı vingerə müddəti 2024-cü ilə qədər olan, illik 8 milyon avro maaşla yeni müqavilə təklif edib. Müqaviləyə bonuslar da daxildir.

24 yaşlı futbolçunun hazırkı müqaviləsi yayda başa çatır.

Dembele bu mövsüm La Liqada 9 oyuna çıxıb, 1 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button