“Barselona” Belçika millisinin üzvünü transfer etmək istəyir

“Barselona” “Everton”un yarımmüdafiəçisi Amadu Onananı transfer etmək istəyir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniyalılar 22 yaşlı futbolçu üçün İngiltərə klubuna rəsmi təklif göndərəcək.

“Everton” Onananı 2022-ci ilin yayında “Lill”dən transfer edib. Belçika millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button