“Barselona” və “Real” argentinalı müdafiəçi üçün ilkin danışıqlar aparıb

“Tottenhem”in müdafiəçisi Kristian Romero bu yay komandasını dəyişə bilər.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Barselona” və “Real” argentinalı futbolçunun transferi ilə bağlı artıq ilkin danışıqlar aparıb. “Atletiko” da vəziyyəti yaxından izləyir. Oyunçunun özü də bu yay “Tottenhem”dən ayrılmağa hazırdır. İngiltərə klubu kapitanı üçün təxminən 50 milyon funt sterlinq (59 milyon avro) tələb edir.

Romero Argentina millisinin heyətində dünya çempionatının finalında İspaniya yığmasına 0:1 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button