
“Barselona” uruqvaylı müdafiəçi ilə razılığa gəlməyə yaxındır
Uruqvayın “Defensor” klubunun müdafiəçisi Patrisio Pakifiko “Barselona”ya keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu futbolçuyla razılığa gəlməyə yaxındır.
Pakifiko “Defensor”un heyətində bu mövsüm 40 oyun keçirib və 2 qol vurub. 22 yaşlı uruqvaylı futbolçu həm müdafiənin mərkəzində, həm də cinahlarda oynaya bilir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



