“Barselona” uduzdu, azarkeşin ölümünə görə matç yarıda qaldı

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün 4 görüş baş tutub.

Lakin “Qranada” – “Atletik” matçı tribunada bir azarkeşin ürəktutmasından ölməsi səbəbilə yarıda qalıb. Matç sabah qaldığı yerdən (17-ci dəqiqə) davam etdiriləcək. 

Madrid “Atletiko”su “Almeriya”nı məğlub yola salıb. Son çempion “Barselona” isə “Jirona” ilə ev oyunundan xalsız ayrılıb.

İspaniya La Liqası
16-cı tur

8 dekabr

Xetafe – Valensiya 1:0
Qol: Mayoral, 87.

9 dekabr

Alaves – Las Palmas 0:1
Qol: K.Rodriqes, 31.

Betis – Real 1:1
Qollar: Ruibal, 66 – Bellingem, 53.

Vilyarreal – Real Sosyedad 0:3
Qollar: Merino, 38. Zubimendi, 41. Kubo, 45+4.

Malyorka – Sevilya 1:0
Qol: Larin, 11.

10 dekabr

Atletiko – Almeriya 2:1
Qollar: Morata, 17. Korrea, 22 – Baptistao, 62.

Qranada – Atletik 0:1 (matç yarıda qalıb)
Qol: İ.Uilyams, 6.

Kadis – Osasuna 1:1
Qollar: Marti, 19 – Budimir, 70-pen.

Barselona – Jirona 2:4
Qollar: Levandovski, 19. İ.Gündoğan, 90+2 – Dovbik, 12. M.Qutyerres, 40. Valeri, 80. Stuani, 90+5.

11 dekabr

00:00. Rayo Valyekano – Selta

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button