
“Barselona” Silva ilə Vlahoviçin transferindən imtina edib
“Barselona” rəhbərliyi “Mançester Siti”dən yarımmüdafiəçi Bernardo Silva və “Yuventus”dan hücumçu Duşan Vlahoviçlə bağlı qərarını verib.
Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hər iki futbolçunun transferindən imtina edib.
“Barselona” yay transfer dönəmində diqqəti digər hədəflərə yönəltmək niyyətindədir.
Hans-Diter Flikin rəhbərlik etdiyi kataloniyalılar İspaniya La Liqasının cari mövsümündə vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib. Komanda mövsümün son turunda, mayın 23-də səfərdə “Valensiya” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



