“Barselona” sabiq futbolçusu ilə maraqlanır

“Barselona” “Betis”də çıxış edən mərakeşli hücumçu Abde Ezzalzouli ilə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mərakeşli futbolçu 2021-2023-cü illər aralığında “Barselona”nın formasını geyinib və bu müddətdə 12 oyunda meydana çıxıb, 1 qol vurub.

O, daha sonra icarə əsasında “Osasuna”ya yollanıb və ardınca Sevilya təmsilçisi “Betis”ə transfer olunub.

24 yaşlı forvardın “Betis”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button