“Barselona” ondan razıdır – Yeni müqavilə olacaq

“Barselona” futbolçusu Arturo Vidalın müqaviləsinin müddətini uzatmaq niyyətindədir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 31 yaşlı yarımmüdafiəçinin sözləşməsini bir il daha artıracaq. Çilili yarımmüdafiəçinin hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Ötən yay “Bavariya”dan 18 milyon avro qarşılığında transfer edilən Vidal, bu mövsüm 45 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button