“Barselona” müdafiəçisi ilə yeni müqavilə bağlayacaq

“Barselona”nın müdafiəçisi Ronald Arauxo Kataloniya klubunda qalacaq.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi uruqvaylı futbolçunun komandanın vacib hissəsi olduğuna inanır və onu qarşıdakı yay transfer pəncərəsində buraxmaq istəmir. Kataloniya klubunun prezidenti Xuan Laporta artıq yeni müqavilə ilə bağlı futbolçu ilə birbaşa əlaqə saxlayıb.

Daha əvvəl “Bayern”in Arauxo üçün təxminən 90 milyon avro təklif etdiyi bildirilirdi.

25 yaşlı Arauxo bu mövsüm 31 oyun keçirib və 1 qol vurub. Onun “Barselona” ilə hazırkı müqaviləsi 2026-cı ilin iyunun sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button