“Barselona”nın portuqaliyalı futbolçu ilə bağlı planı var

“Barselona” “Mançester Siti”nin müdafiəçisi Joao Kanselonun icarə müddətini uzatmaq istəyir.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, “şəhərlilər” yalnız tam hüquqlu transferə hazırdırlar və futbolçunu 35 milyon avro dəyərində qiymətləndirirlər.

Portuqaliyalı futbolçu 2019-cu ildən “Mançester Siti”də çıxış edir. O, 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında “Bayern”də keçirib, 21 oyunda çıxış edib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button