“Barselona”nın Levandovski ilə bağlı planı

“Barselona” hücumçusu Robert Levandovski ilə yollarını ayırmaq istəmir və futbolçunun özü də komandanı tərk etmək fikrində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub maliyyə problemləri ilə üzləşib və ümid edir ki, bəzi oyunçularla, o cümlədən Levandovski ilə maaşının azaldılması ilə bağlı müsbət danışıqlar aparılacaq.

“Barselona” rəhbərliyi futbolçunun meneceri Pini Zahavi ilə yaxşı münasibətindən istifadə edərək hücumçudan güzəştə getməsini istəyə bilər. Klubun istəyəcəyi maaş endirimi gələn mövsümdən başlayacaq.

35 yaşlı futbolçu bu mövsüm 21 oyun keçirib və 9 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button