Kuman: “Xavinin adını eşidəndə hirslənmirəm”

“Barselona” komandasının baş məşqçisi Ronald Kuman açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, yayda baş məşqçi postundan göndəriləcəyi və onun yerinə bu posta Xavinin gətiriləcəyi ilə bağlı çıxan iddialara münasibət bildirib:

“Azarkeşlər və media “Barselona”da baş məşqçi postu üçün fərqli isimlər deyir. Xavinin adını eşidəndə hirslənmirəm. Başqasını eşidəndə də. Nəticədə, qərarı klubun yeni rəhbəri verəcək”.

“Barselona” La Liqada 3-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button