“Barselona” Messi ilə razılığa gəldi

“Barselona” klubu Lionel Messi ilə razılığa gəlib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı hücumçu ilə yeni müqavilə şərtlərində anlaşıb. Bu barədə “Marca” nəşri məlumat yayıb. “Barselona”nın bu gün Messi ilə yeni müqavilə imzalandığını rəsmən açıqlayacağı gözlənilir.

Messi ilə razılaşmanın müddəti 5 illikdir. 34 yaşlı futbolçu maaşının 50 faiz azaldılmasına razılıq verib.