“Barselona”da ciddi itki

“Barselona” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Serxio Buskets sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqanın 35-ci turunun “Atletiko” ilə matçında (0:0) zədələnən Busketsin sağalma müddəti açıqlanmayıb.