“Yaşlı futbolçularla uzun yol gedə bilmərik” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman komandadakı vəziyyət və hücumçu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Messinin faydası barədə danışan Kuman, gənclərin roluna da toxunub:

“Messi nə vaxtadək yaxşı vəziyyətdə olsa, o qədər oynayacaq. Əvvəlkindən daha yaşlıdır, amma hələ də matçlarda yer almaq istəyir. Hər gün çox çalışır. Baş məşqçi olaraq hər gün futbolçularımla danışmağı sevirəm. Messi ilə də tez-tez danışıram, çünki o, həmçinin komandanın kapitanıdır.

Bir klubda gənclərin olması və onların şans qazanması vacibdir. Hər zaman onlara ehtiyacımız var, yaşlı futbolçularla uzun yol gedə bilmərik. “Barselona” kimi komandada hər zaman qalib gəlmək məcburiyyətindəsiz. Komanda bu fikirlə oynamalıdır, daha azıyla kifayətlənə bilmərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button