
Fati satılacaq
Ansu Fatinin “Barselona”dakı gələcəyi demək olar ki, müəyyənləşib. Hazırda icarə əsasında “Monako”da çıxış edən hücumçunun Kataloniya klubuna qayıdaraq şans qazanması gözlənilmir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi 23 yaşlı futbolçu ilə yollarını ayırmaq niyyətindədir. Hətta “Monako” 11 milyon avroluq satınalma şərtini aktivləşdirməsə belə, “Barsa” oyunçunu transferə çıxaracaq.
Klub daxilində hesab edirlər ki, Fati Fransada müəyyən irəliləyiş əldə edib. Ancaq baş məşqçi Hans-Diter Flik və idman direktoru Deku əsas komandada möhkəmlənmək şansı olmayan futbolçuların heyətdə saxlanılmaması prinsipinə sadiq qalırlar.
“Transfermarkt” portalına görə, ispaniyalı futbolçunun hazırkı bazar dəyəri 15 milyon avro təşkil edir.
Bizi Facebook-da izləyin



