“Barselona” “Real”la oyuna xüsusi formada çıxacaq – FOTO

“Barselona” “el-klasiko” üçün xüsusi forma təqdim edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İspaniya La Liqasının 11-ci turunun “Real”la oyununa məşhur “Rolling Stones” musiqi qrupunun loqosu olan forma ilə çıxacaq.

Bundan əvvəl mediada “Barselona”nın “Spotify” striminq xidməti ilə əməkdaşlıq çərçivəsində musiqiçilərin və qrupların loqoları ilə “el-klasiko”da iştirak edəcəyi barədə məlumatlar yayılmışdı. “Rolling Stones”in loqosu, qrupun oktyabrın 20-nə planlaşdırılan “Hackneys Diamonds” albomunun buraxılışı ilə eyni vaxta təsadüf etmək üçün formada tətbiq olunacaq. Bu, qrupun 18 ildə ilk albomudur.

La Liqanın 11-ci turunun “Barselona” – “Real” oyunu oktyabrın 28-də keçiriləcək. Matç saat 18:15-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button