“Barselona” vidalaşa bilər – Ən çox maaş alan futbolçusu ilə

“Barselona” yayda yeni yarımmüdafiəçi almaq üçün yarımmüdafiəçisi Frenki de Yonqu sata bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi niderlandlı futbolçunun zədə nisbətindən narazıdır. Üstəlik, De Yonq komandanın ən çox maaş alan oyunçusudur. Bu səbəbdən də Kataloniya klubu yarımmüdafiəçini sata bilər.

Daha əvvəl “Barselona” “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendinin transferində maraqlı idi. Onun transfer qiyməti 60 milyon avrodur.

Kataloniya klubu həmçinin “Everton”dan Amadu Onana və “Bayern”dən Coşua Kimmix kimi oyunçularla da maraqlanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button