“Barselona” “Bayern”in futbolçusuna göz dikib

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix Münhen klubunu tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu ilə “Barselona” maraqlanır. Kimmixin keçidi qışda və ya cari mövsümün sonunda baş tuta bilər. Onun transfer məbləği 80 milyon avro olaraq qiymətləndirilir.

28 yaşlı yarımmüdafiəçi 2022/23 mövsümündə “Bayern”in heyətində bütün turnirlərdə 47 oyun keçirib, 7 qol vurub, 11 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button