“Barselona”nın prezidenti Arauxo ilə bağlı nikbindir

“Barselona”nın prezidenti Xuan Laporta komandanın müdafiəçisi Ronald Arauxo ilə 2026-cı ilin yayında başa çatacaq müqavilənin uzadılması ehtimalından danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, bu ehtimalla bağlı nikbin olduğunu bildirib:

“Arauxo komandaya çox yaxşı inteqrasiya olunub. Bəzən elə olur ki, danışıqlar dərhal əldə edilməli olan şeyə gətirib çıxarmır. Amma indi düşünürəm ki, artıq qərar verilib.

Arauxo ilə müqavilənin uzadılması ilə bağlı nikbinəm? Hə. “Bayern”in marağından danışsaq, “Bayern” budur. Bəziləri deyəcək ki, “Barselona” pis seçimdir, amma bura əla seçimdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button