Balotellinin yeni klubu bəlli oldu – RƏSMİ

Futbol üzrə İtaliya millisinin sabiq hücumçusu Mario Balotellinin yeni klubu rəsmən müəyyənləşib.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu bundan sonra B Seriyası təmsilçisi “Monza”nın uğurları üçün çalışacaq.

Bu barədə İtaliya klubunun saytı məlumat yayıb. O, yeni klubuna azad agent kimi keçib. Balotelli ilə 2021-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Balotelli ötən mövsüm A Seriyası təmsilçisi “Breşiya”da oynayıb. O, 2019/20 mövsümündə İtaliya çempionatının 19 matçında 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button