“Arsenal” “İnter”ə “yox” dedi

“Arsenal”ın hücumçusu Folarin Baloqun “İnter”ə keçməyəcək.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, “neradzurra” London təmsilçisinin 22 yaşlı futbolçunun keçidi üçün müəyyən etdiyi məbləğə razılıq verməyib.

Öncədən “Arsenal”ın forvardın satışından 50 milyon avro qazanc əldə etmək istədiyi haqda xəbər vermişdik. “Topçular” “Monako” klubunun da Baloqun üçün göndərdiyi təklifi qəbul etməmişdi.

Folarin 2022/23 mövsümünü icarə əsasında “Reyms”də keçirib. O, Liqa 1 klubunun heyətində 39 oyuna çıxıb, 22 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button