Kaxaber Tsxadadze “Sabah”la danışıqlar aparır? – açıqlama

Bakının “İnter” (indiki “Keşlə”) klubunun sabiq baş məşqçisi Kaxaber Tsxadadze Azərbaycana qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “kazfootball.kz” saytına istinadən xəbər verir ki, hazırda Qazaxıstanın “Ordabası” komandasını çalışdıran gürcü mütəxəssis, yerli çemponatın 28-ci turunun “Kayrat”la keçirilən oyunundan (1:4) sonra təşkil olunan mətbuat konfransında Azərbaycana qayıdacağı ilə bağlı verilən sualı cavablandırıb.

Tsxadadze “Azərbaycanın “Sabah” klubu ilə danışıqlar apardığınız məlumatları nə dərəcədə düzgündür” sualına, “mən heç kimlə danışıq aparmıram” deyə, cavab verib.

Kaxaber Tsxadadze 2009-2015-ci illərdə “İnter”i çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button